Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DİN-də Anlaşma Memorandumu imzalanıb
11.08.10 01:46

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Niderland Krallığının ədliyyə naziri Ernst Xirş Ballinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, R.Usubov qonağa nazirliyin funksiyası və fəaliyyət istiqamətləri, eləcə də müstəqilliyimizin ilk illərində hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum barədə məlumat verib. R.Usubov əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə ölkəmizin MDB məkanında sonuncu yerlərdən birini tutduğunu xatırladıb, bildirib ki, kriminogen durumun nəzarətdə olması, sabitliyin dönməzliyinin təmini ilk növbədə vətəndaşların, eləcə də əcnəbilərin təhlükəsizlik şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, iqtisadiyyatımıza külli miqdarda xarici sərmayənin yatırılmasına əlverişli şərait yaradıb. Daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətdə üzləşdikləri problemlər barədə danışan R.Usubov, transmilli mütəşəkkil cinayətkarlığın qanunsuz miqrasiya, insan alveri, narkotiklərin dövriyyəsi və digər bu kimi təhlükəli növləri ilə mübarizənin bütün dünya ölkələri üçün aktual olduğunu, getdikcə qlobal miqyas alan belə cinayətlərə qarşı dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların birgə mübarizə aparmalarının əhəmiyyətini vurğulayıb.Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Niderland Krallığının Ədliyyə Nazirliyi arasında cinayət işləri üzrə qeyri-əməliyyat əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb. E.Xirş Ballin qəbula və ətraflı məlumata görə təşəkkür edərək, Azərbaycanda yaxşılığa doğru dəyişikliklərin çox güclü olduğunu, bütün sahələrdə nəzərə çarpan dinamik inkişafdan, böyük vüsətlə davam edən iqtisadi tərəqqidən məmnunluğunu bildirib, ölkəmizdə həyata keçirilən demokratik islahatlar prosesində polis orqanlarının bundan sonra da fəal iştirak edəcəyinə əminliyini ifadə edib.
URL / WWW
http://kelam.az/article/a-1764.html