Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ Müdafiə Nazirliyi “Wikileaks” saytına qarşı
11.08.10 00:50

Pentaqonun tələbləri təhdid kimi qiymətləndirilir

ABŞ Müdafiə Nazirliyi ilə “Wikileaks” saytı arasında qalmaqal davam edir. Bu dəfə Pentaqon “Wikileaks” saytının rəhbərliyindən Əfqanıstanla bağlı bütün sirli faylları ləğv etməyi tələb edib. BBC-nin məlumatına görə, bu fayllar “təsadüfi” olaraq sayt rəhbərliyinin əlinə keçib. Ancaq saytın mətbuat katibi məlumat verib ki, fayllar çap olunan gündən bütün internet boyu yayılıb və artıq onları şəbəkədən yığışdırmaq, ləğv etmək mümkün deyil. Pentaqon, həmçinin sayt rəhbərliyindən bir daha əlinə belə materiallar düşəcəyi halda çap etməyəcəyi barədə təminat istəyir. Müdafiə Nazirliyinin mətbuat katibi Ceff Morell saytın rəhbərliyindən hələ ki, ictimaiyyətə açıqlanmayan 15 min sənədi geri qaytarmağı tələb edib. Onun sözlərinə görə, bu məlumatlar hökumətin mülkiyyətidir və özündə məxfi məlumatları əks etdirir.
"Wikileaks”də isə Pentaqonun bu tələblərini təhdid kimi qiymətləndiriblər. Hələlik sayt rəhbərliyi bu barədə heç bir qərar qəbul etməyib.Hazırda xüsusi xidmət orqanları sayta materialları çatdıran mənbənin müəyyən edilməsi üçün araşdırmalar aparır. Təqsirləndirilənlərdən biri sıravi Bredli Menninqdir. O, artıq həbs edilib və məhkəməsini gözləyir. Menninqi İraqda baş verənlərin videoçəkilişlərini sayt rəhbərliyinə ötürməkdə ittiham edirlər.
Bütün bunlara baxmayaraq, saytın rəhbərliyi insanlara həqiqəti çatdırmaqda davam edəcəklərini bildirir. Maraqlıdır ki, sayta qarşı amerikalı qanunvericilər də mübarizəyə başlayıblar. İnformasiya mənbəyinin qorunması barədə qanun layihəsinin müəllifi senator Çarlz Şumer bildirib ki, layihəyə bir sıra düzəlişlər təklif edəcək.
URL / WWW
http://kelam.az/article/a-1763.html