Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Gəncədə 2 saylı İstintaq Təcridxanasında olub
10.08.10 03:26

Ombudsman Elmira Süleymanova Gəncəyə səfəri çərçivəsində təsisatın əməkdaşları ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bu şəhərdə yerləşən 2 saylı İstintaq Təcridxanasına baxış keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, başçəkmənin məqsədi Fakültativ Protokolun tələblərinə uyğun olaraq, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması üçün mövcud vəziyyətin öyrənilməsi və qabaqlayıcı tədbirlərin görülməsindən ibarət olub. Ombudsman burada saxlanılan bir sıra şəxslərlə, o cümlədən qadın və uşaqlarla söhbət aparıb, onlara hüquqlarını və Ombudsman haqqında Konstitusiya Qanununun müddəalarını izah edib. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyib, barələrində çıxarılan məhkəmə qərarlarından və istintaqın qeyri-obyektiv aparılmasından narazılıqlarını bildiriblər.Müvəkkil həmçinin korpuslara, kameralara, cərimə təcridxanasına, mətbəxə, görüş yerinə, müasir avadanlıqla təchiz edilən tibb hissəsinə və digər obyektlərə baxış keçirib. Qeyd olunub ki, bu müəssisə üçün müvafiq standartlara uyğun yeni bina tikilməsi məqsədilə işlər davam etdirilir. Ombudsman penitensiar müəssisənin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.
URL / WWW
http://kelam.az/article/a-1758.html