Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Rusiya prezidenti gözlənilmədən Abxaziyaya gəlib
10.08.10 03:24

Bu gün Rusiya prezidenti Dmitri Medvedev gözlənilmədən Abxaziyaya gəlib. Onun səfəri Gürcüstanla Rusiya arasında 2008-ci ilin avqustunda baş vermiş müharibənin ikinci ildönümünə təsadüf edib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, D.Medvedev özü də səfərini “simvolik” adlandırıb. O, bildirib ki, indi Abxaziya və Cənubi Osetiya beynəlxalq hüququn müstəqil subyektləridir. D.Medvedev Abxaziya lideri Sergey Baqapşla görüşündə Moskvanın Abxaziya ilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələrini genişləndirəcəyini bəyan edib. Bu, Abxaziya müstəqilliyini elan edəndən və Rusiya bu müstəqilliyi tanıyandan bəri Rusiya prezidentinin bölgəyə ilk səfəridir. Rusiya prezidenti qeyd edib ki, Cənubi Osetiya və Abxaziyanın tanınması Moskva üçün ağrılı, lakin düzgün qərar olub.
URL / WWW
http://kelam.az/article/a-1757.html