Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ABŞ Dövlət Departamenti: Azərbaycan terrorçuluğa qarşı mübarizədə fəal iştirak edir
06.08.10 19:22

“Azərbaycan Qafqaz vasitəsilə çirkli pul vəsaitləri və canlı qüvvə keçirən terrorçu təşkilatlara qarşı fəal çıxış edir. Ölkə terrorçularla əlbir olanların zərərsizləşdirilməsi və onların fəaliyyətinin əngəllənməsi sahəsində cəhdlərini gücləndirib”. Bu barədə ABŞ Dövlət Departamentinin hazırladığı “2009-cu il ərzində terrorçuluğa dair ölkələr üzrə hesabat”da deyilir. Sənəddə bildirilir ki, 2009-cu ilin sonlarında Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin görülməsində daha ciddi maraq nümayiş etdirib və bu sahədə istintaq idarəsi yaradıb. İdarə özünün orta müddətli strateji planının hazırlanması, çirkli pulların yuyulması ilə mübarizə və bu sahədə informasiya sisteminin yaradılmasında texniki kömək almaq məqsədilə ABŞ-a müraciət edib. Hesabata əsasən Azərbaycan məlumat mübadiləsi, hüquq-mühafizə orqanları arasında əməkdaşlıqda iştirak edir, ABŞ-ın və Əfqanıstandakı beynəlxalq təhlükəsizliyə dəstək qüvvələrinin əməliyyatlarına dəstək verir, təyyarələrin Bakı hava limanına enməsinə və yanacaq götürməsinə şərait yaradır. Sənəddə 2007-ci ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin “Mehdi ordusu” adlı qanunsuz təşkilatın 15 üzvünü həbs etməsi, Əfqanıstan və Pakistandakı qanunsuz silahlı dəstələrin tərkibində iştirak etmiş bu şəxslərə həbs cəzalarının verilməsi, Bakıda “Hizbullah”la əlaqəsi olan 2 Livan vətəndaşının məhkum edilməsi, “Meşə qardaşları”nın məhkəməsi və 26 nəfərin müxtəlif cəzalara məhkum olunması faktları da xatırladılır.
URL / WWW
http://kelam.az/article/a-1756.html