Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DİN-in idarə rəisi: “Azərbaycanda bu ilin birinci yarısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 27 nəfər xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilib”
06.08.10 19:21

Azərbaycanda 2010-cu ilin birinci yarısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 27 nəfər xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov deyib. Onun sözlərinə görə, bu ilin birinci yarısında daxili işlər orqanları tərəfindən narkotiklərlə bağlı 1801 fakt aşkar edilib ki, nəticədə 317 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb. Götürülmüş narkotik vasitələrdən 211 kiloqramı marixuana, 126 kiloqramı həşiş, 20 kiloqramı tiryək, 57 kiloqramı isə heroin olub. H. Aslanov keçən dövr ərzində Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 10 nəfər İran İslam Respublikası, 4 nəfər Rusiya Federasiyası, 12 nəfər Gürcüstan və 1 nəfər Ukrayna vətəndaşının saxlanıldığını və həmin şəxslərdən ümumilikdə 21 kiloqrama yaxın narkotik vasitə müsadirə edildiyi bildirib. İdarə rəisi, həmçinin bu ilin birinci yarısında ölkədə 453,1 hektar ərazidən 213 ton 812 kiloqram narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edildiyini də deyib.Qeyd edək ki, beynəlxalq təşkilatların açıqlamalarına görə, bu il Əfqanıstanda “göbələk” xəstəliyinin yayılması ilə əlaqədar bu ölkədə narkotik istehsalı 30 faiz aşağı düşüb. Belə ki, hər il 8 min tondan çox narkotik istehsalçısı kimi tanınan Əfqanıstanın 33 vilayətində “göbələk” xəstəliyi yayılıb. Nəticədə xeyli sayda narkotik plantasiyaları məhv olub və ölkədə narkotik istehsalı 30 faiz aşağı düşüb. Bu amilin dünya ölkələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə sözün yaxşı mənasında təsir göstərdiyini bildirilir.
URL / WWW
http://kelam.az/article/a-1755.html