Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Əbülfəs Qarayev BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb
06.08.10 01:01

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının və BMT-nin Əhali Fondunun Rezident Nümayəndəsi Fikrət Akçura ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüş zamanı Azərbaycan ilə BMT arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, gələcəkdə bir sıra yeni proqram və layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Ə.Qarayev Nazirliyin UNDP ilə birgə həyata keçirdiyi layihənin uğurundan bəhs edərək bu istiqamətdə işlərin daha da inkişaf etdirilməsi, təkcə turizm sahəsi deyil, eyni zamanda mədəniyyət sahəsində, insan resurslarının təkmilləşdirilməsi ilə bağlı birgə proqramların hazırlanmasını təklif edib. F.Akçura öz növbəsində mövcud əməkdaşlıqdan razılığını bildirərək, bu sahələrdə əməkdaşlığın vacib olduğunu vurğulayıb. Görüşdə, gələcəkdə bu cür müzakirələrin mütəmadi olaraq aparılması barədə ümumi razılıq ifadə olunub.
URL / WWW
http://kelam.az/article/a-1753.html