Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman DİN-ə müraciət edib
06.08.10 01:00

Ombudsman yanında yaradılan İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Milli Preventiv Mexanizm (MPM) Qrupunun əməkdaşları Bakı şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsində (İHOSM) saxlanılan şəxslərlə görüşüb. Ombudsman Aparatının mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, baş çəkmə zamanı müəyyən olunub ki, burada 10 nəfər saxlanılır. Həmin şəxslər Səbail rayon Məhkəməsinin qərarı ilə 7-10 gün müddətinə inzibati qaydada həbs edilib və 31 iyul 2010-cu il tarixdə İHOSM-nə yerləşdiriliblər. Onlarla söhbət zamanı saxlanıldıqları məntəqədə fiziki zorakılığa məruz qalmadıqlarını bildiriblər. Eyni zamanda adını bilmədikləri Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mülki geyimli əməkdaşı tərəfindən təhqir olunduqlarını söyləyib, buna etiraz olaraq aclıq aksiyası keçirdiklərini qeyd ediblər. Ombudsman Aparatının nümayəndəsinin iştirakı ilə onların hər biri ayrı-ayrılıqda məntəqəyə dəvət olunub təcili tibbi yardım xidmətinin işçiləri tərəfindən həkim müayinəsindən keçirilib, onlara lazımi tibbi yardım göstərilib. Aclıq edən şəxslərlə söhbət nəticəsində onlardan bəziləri yemək qəbul edərək aksiyanı dayandırıblar. Eyni zamanda onların vəziyyətinin nəzarətdə saxlanılması üçün məntəqənin rəhbərliyinə tapşırıq verilib. Məsələnin araşdırılması məqsədi ilə Ombudsman Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.
URL / WWW
http://kelam.az/article/a-1752.html