Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » M.Əhmədoğlu: “Minsk qrupunun Ermənistana gücü çatmır”
06.08.10 01:00

Bu gün Trend xəbərlər şirkətində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu iyul ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, politoloq Azərbaycan və Ermənistan arasında müharibənin labüd olduğunu qeyd edib. Onun sözlərinə görə, ATƏT-in Mink qrupu da etiraf edir ki, Ermənistana gücləri çatmır. “Əgər həmsədrlər vasitəçilikdən imtina etsələr müharibə Dağlıq Qarabağ hüdudlarıyla məhdudlaşacaq və kiçik müharibə olcaq. Böyük müharibə isə həmsədrlərin missiyalarından əl çəkmədikləri təqdirdə baş verəcək və Şimali Qafqaza, İrana da öz təsirini göstərəcək”,-deyən M.Əhmədoğlu Ermənistanın xarici siyasətinə dəyişiklik etdiyini də bildirib. O, hazırda Ermənistanın inteqrasiya üçün özünə siyasi partnyor kimi Rusiya və İranı deyil, NATO-nu seçdiyini bildirib. “Ermənistan konfliktdən pul qazanan dövlət olduğu üçün üzdə İranın maraqlarını müdafiə etsə də, əslində anti İran mərkəzidir. Digər tərəfdən isə Gürcüstanla əlaqələrini yaxşılaşdırsa da Ermənistan Gürcüstanla bağlı da müharibə ssenarisi hazırlayır”,-deyə politoloq vurğulayıb.M.Əhmədoğlu Rusiya Azərbaycanın münasibətlərinin gərgin olduğunu bildirsə də, heç vaxt bu ölkə ilə düşmən olmayacağımızı qeyd edib. “Ermənistan yenilənmiş Madrid prinsiplərini təsdiqləyərsə, Ağdam və Füzulidən qoşunlarını çəkərsə, Dağlıq Qarabağ və Ermənistan icmaları arasında dioloq başlayacağı təqdirdə Azərbaycan Sankt-Peterburq təkliflərini qəbul edə bilər”,- deyə M. Əhmədoğlu bildirib.
URL / WWW
http://kelam.az/article/a-1751.html