Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev BDU-nun 90 illik yubileyinə qatılıb
03.11.09 02:13

Bu gün Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Əvvəlcə BDU-nun tələbə xorunun ifasında universitetin himni oxunub, sonra prezident İlham Əliyev mərasimdə çıxış edib. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı bu ali təhsil müəssisəsinin ölkənin həyatında oynadığı roldan danışıb, BDU-nun tarixi xidmətlərini xüsusi vurğulayıb. Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov BDU-nun 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu bildirib. Rektor universitetin yaranmasından, keçdiyi şərəfli tarixi yoldan və bugünkü vəziyyətindən danışıb. A.Məhərrəmov bildirib ki, universitetin Elmi Şurası prezident İlham Əliyevə BDU-nun fəxri doktoru adının verilməsi haqqında qərar qəbul edib. Tədbirdə dövlət başçısına fəxri doktorluq mantiyası təqdim olunub. Yubiley mərasimində Moskva Dövlət Universitetinin, Türkiyənin Atatürk Universitetinin, Tbilisi Dövlət Universitetinin, Tehran Universitetinin və Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektorları çıxış edərək təbriklərini çatdırıblar. Mərasimdə Rusiya, Türkiyə, Almaniya, Gürcüstan və digər ölkələrdən gəlmiş 40-dan çox alim, elm xadimi, ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-175.html