Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Ağstafa və Qazaxda ictimai dinləmələr keçirib
05.08.10 02:05

Ombudsman Elmira Süleymanovanın iştirakı ilə insan hüquqları üzrə Milli Fəaliyyət Planının (MFP) icra vəziyyəti ilə əlaqədar növbəti ictimai dinləmələr Ağstafa və Qazax rayonlarında keçirilib. Ombudsman Aparatından KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirlərdə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, seçki dairəsi, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər. İctimai dinləmədə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq həyata keçirilən quruculuq işlərindən danışılıb, MFP üzrə rayonda görülən işlər haqqında məlumat verilib. E.Süleymanova uğurla icra olunan MFP-nin məqsədləri, prioritetləri və tətbiqi vəziyyəti barədə danışıb, bu sənədin insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli və daha etibarlı təmini baxımından əhəmiyyət kəsb etdiyini bildirib. Tədbirdə MFP üzrə görülmüş işlər, insan hüquqlarının müdafiəsi, seçki hüquqlarının, o cümlədən seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmin olunması, bələdiyyələrin işinin təkmilləşdirilməsi və digər zəruri məsələlər müzakirə edilib.
URL / WWW
http://kelam.az/article/a-1749.html