Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan kinosunun 112-ci ildönümünə həsr olunan tədbir keçirilib
04.08.10 01:55

Dünən Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun yaranmasının 112-ci ildönümünə həsr olunan tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru Cəmil Quliyev bütün kino işçilərini peşə bayramları münasibətilə təbrik edib, son illər Azərbaycanda mədəniyyətin inkişafı istiqamətində atılmış addımlardan danışıb. C.Quliyev qeyd edib ki, prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci ildə imzaladığı Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Tədbir çərçivəsində “Bayramdan bayrama” videofilmi nümayiş etdirilib və “Azərbaycan kino plakatı. 1930-1980” sərgisi açılib.
URL / WWW
http://kelam.az/article/a-1748.html