Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə azərbaycanlı abituriyentlərin qəbulu üçün müsabiqə keçirilir
04.08.10 01:55

Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə azərbaycanlı abituriyentlərin qəbulu üçün müsabiqə keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə 2010-2011-ci tədris ili üçün mülki ali təhsil müəssisələrinə I və ya II ixtisas qrupları üzrə qəbul imtahanında 300 və daha yüksək bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər. Abituriyentlərin riyaziyyat fənnindən nisbi balı 10-dan az olmamalıdır. Müsabiqədə iştirak etmək istəyənlər TQDK-nın internet saytında qeydiyyatdan keçməlidirlər. Sonrakı mərhələdə namizədlər Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi həkim komissiyasından keçdikdən sonra Daxili Qoşunların Baş İdarəsində fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunacaqlar. Fiziki hazırlıq üzrə yoxlamalardan keçmiş namizədlər Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edəcəklər.Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 10 namizəd Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcək. Bu məktəbi müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaqlar.
URL / WWW
http://kelam.az/article/a-1747.html