Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İsrail Fələstin müzakirələri avqustun ortalarında başlaya bilər
02.08.10 18:40

İsraillə Fələstin arasında birbaşa müzakirələrin avqustun ortalarında başlanması gözlənilir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fələstin tərəfi ABŞ iqtidarına geniş miqyaslı sülh planı təqdim edib. Fələstinin baş müzakirəçisi Saib Erakat planın İsraillə toqquşmanı sona çatdıracaq və eyni zamanda bütün Fələstinin tələblərini yerinə yetirə biləcək bugünə qədərki ən yaxşı təklif olduğunu söyləyib. Plan sərhədlər, Qüds, qaçqınlar, su və təhlükəsizlik kimi fundamental məsələləri əhatə edir. Erakat planı bir müddət əvvəl B.Obamanın Yaxın Şərq təmsilçisi Corc Mitçellə təqdim etdiklərini, ancaq İsrail hökumətindən bir cavab gəlmədiyini bildirib.İsraiilin Baş naziri Binyamin Netanyahu da Fələstin tərəfi ilə birbaşa müzakirələrin bu ayın ortalarında başlaya biləcəyini açıqlayıb. Ancaq Netanyahu Erakatın bəhs etdiyi planın onlara təqdim olunmadığını söyləyib. Bu arada B.Obamanın Fələstin lideri Mahmud Abbasa 16 iyulda bir məktub göndərərək “Müzakirələr başlamazsa, ABŞ-Fələstin münasibətləri zərər görər” şəklində xəbərdarlıq etdiyi bildirilib.
URL / WWW
http://kelam.az/article/a-1743.html