Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Dini ədəbiyyatlar ixtisaslaşdırılmış mağazalarda satılmalıdır
03.08.10 03:39

Əvvəlki illərə nisbətən son dövrlər Azərbaycana gətirlən zərərli dini ədəbiyyatların statistikasında azalma müşahidə olunur. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətinin rəhbəri Saleh Aslanov söyləyib. Dini ədəbiyyatların və əşyaların ekspertizasının aparılması üçün Komitənin nəzdində müvafiq şöbənin fəaliyyət göstərdiyini vurğulayan S.Aslanov qeyd edib ki, dini təyinatlı ədəbiyyatların, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi qaydaları haqqında DQİDK-nin təlimatı var və maraqlananlara həmin təlimat təqdim olunur. Onun sözlərinə görə, sözügedən təlimat dini təyinatlı ədəbiyyatların, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışına DQİDK və yerli icra hakimiyyəti orqanları tərəfindən razılığın verilməsi qaydalarını müəyyən edir. S.Aslanov bildirib ki, satış məntəqələrində bir tərəfdə dini təyinatlı ədəbiyyat, digər tərəfdə isə spirtili içki satmaq olmaz. Onun sözlərinə görə, dini təyinatlı ədəbiyyat, əşyalar yalnız ixtisaslaşdırılmış mağazalarda satılmalıdır. S.Aslanov onu da əlavə edib ki, ölkədə zərərli, satışı qadağan olunan dini ədəbiyyat, yaxud əşya aşkarlanarsa, o, dərhal hüquq-mühafizə orqanları tərəfindən yığışdırılır.
URL / WWW
http://kelam.az/article/a-1742.html