Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DSMF-yə daxil olan müraciətlərin sayı 76 faiz artıb
02.08.10 17:07

Cari ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) əhali tərəfindən ünvanlanan müraciətlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 76 faiz çoxalıb. Bu barədə məlumatı DSMF-nin İctimaiyyətlə əlaqələr mərkəzindən veriblər. Elektron poçt vasitəsilə göndərilən suallarda toxunulan məsələlər ümumilikdə maarifləndirici xarakter daşıyıb. Göndərilən hər bir sual Fondun müvafiq şöbələri tərəfindən cavablandırılıb və həmin cavablar saytın “Sual-cavab” altqrupundakı müvafiq bölmələrdə yerləşdirilib. Bu ilin ilk yarısında sayta göndərilən 1270 sualın 43,7 faizi əmək pensiyaları ilə bağlı olub. Sualların 27 faizi isə sosial sığorta haqları ilə əlaqədar məsələləri əhatə edib. Bundan başqa, “Sual-cavab” altqrupuna daxil olan sualların 8,9 faizi “fərdi uçot” bölməsinə, 6 faizi isə “hərbi qulluqçulara dair pensiya və müavinətlər” bölməsinə aid olub. Sualların 11,1 faizi isə altqrupun “digər” bölməsinə ünvanlanıb. Həmin sualların müəyyən hissəsi DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib və bununla bağlı vətəndaşlara müvafiq cavablar göndərilib. Saytın “qonaq” bölməsinə isə 6 ayda ümumilikdə 42 elektron məktub (3,3 faiz) daxil olub. Qeyd edək ki, vətəndaşların suallarının cavablandırılması həm də Fondun “190” nömrəli mərkəzi çağrı sistemi vasitəsilə də həyata keçirilməkdədir.
URL / WWW
http://kelam.az/article/a-1741.html