Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Sabah təmas xəttində monitorinq keçiriləcək
02.08.10 15:56

Sabah ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonu Borsunlu kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyi mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Uilyam Proyor, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Xristo Xristov keçirəcəklər.
URL / WWW
http://kelam.az/article/a-1737.html