Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hərbiçilərimiz Türkiyədə keçirilən tədbirlərdə iştirak edəcək
03.08.10 01:56

Avqustun 9-dan 13-dək Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən hərbçilərimiz Türkiyənin Eyirdir qəsəbəsində və İsparta şəhərində “Xüsusi maneəli marşrut üzrə komando kursu”nda iştirak edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyi mətbuat xidmətindən veriblər. Fərdi Tərəfdaşlıq Planına əlavə olaraq hərbiçilərimiz avqustun 9-dan 2011-ci il iyunun 17-dək Estoniyanın Tartu şəhərində Birləşmiş Komandanlıq və Baş Qərargah Kursunda iştirak edəcəklər. Bundan başqa avqustun 9-dan 12-dək Çexiya Silahlı Qüvvələrinin hərbi attaşesi Bakıda səfərdə olacaq.
URL / WWW
http://kelam.az/article/a-1736.html