Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Metyu Brayzanın səfir təyin edilməsi ilə bağlı səsvermə keçiriləcək
03.08.10 01:54

Sabah ABŞ Senatının Xarici əlaqələr komitəsində Metyu Brayzanın Azərbaycanda səfir vəzifəsinə namizədliyi üzrə səsvermə keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Senat komitəsinin rəsmi saytı yayıb. Bundan əvvəl Ermənistan KİV məlumat yayıb ki, M.Brayzanın adı 25 ölkədə səfir vəzifəsinə namizədlər siyahısında yoxdur. Senatda M.Brayzanın namizədliyinin müzakirəsi üzrə ilk dinləmələr iyulun 23-də keçirilib. Bundan əvvəl ABŞ konqresmenləri Solomon Ortiz, Maykl MakMahon, Mixail Konauey, Bil Şuster, Syu Mirik, Şelli Mur Kapito Konqresə Brayzanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə namizədliyini dəstəklədiklərini göstərən məktub göndəriblər. Konqresmenlər məktubda ABŞ-ın Azərbaycandakı səfirinin təyin edilməsi prosesinin tezləşdirilməsini xahiş ediblər və Barak Obama tərəfindən bu namizədliyin mayın 25-də irəli sürülməsinə razılıqlarını bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-1735.html