Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
31.07.10 02:40

Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi (JAM) “İnsan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasına yardım” adlı layihənin icrasını başa çatdırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya JAM-dan veriblər. JAM Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində iyul ayında da ölkədə nəşr olunan 20 gündəlik və həftəlik qəzetin monitorinqi aparılıb. Monitorinq nəticəsində məlum olub ki, Azərbaycanın aparıcı KİV orqanları iyul ayında da insan hüquq və azadlıqlarının müdafiəsinə geniş yer ayırıblar. JAM-ın yaydığı hesabatda həmçinin qeyd olunur ki, iyun ayında olduğu kimi iyul ayında da mətbuat Kürün daşması nəticəsində baş verən təbii fəlakətdən zərər çəkən insanların problemlərinin işıqlandırılmasına daha geniş yer ayırıb. Həmçinin paytaxt çimərliklərindəki vəziyyət, müxtəlif qida məhsullarından zəhərlənmə halları, eləcə də istehlakçıların üzləşdikləri problemlər mətbuatın diqqət mərkəzində olub.JAM-dan bildirilib ki, mətbuatda insan hüquq və azadlıqlarının müdafiəsinə dair monitorinqlər gələcəkdə təşkilatın daxili imkanları hesabına davam etdiriləcək.
URL / WWW
http://kelam.az/article/a-1731.html