Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İstanbulda türkdilli jurnalistlərin toplantısı keçiriləcək
30.07.10 03:00

Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç Azərbaycan Mətbuat Şurasının yeni ofisində olub. Şuradan KƏLAMİNFO-ya verilən məlumata görə, səfir Azərbaycan jurnalistlərini milli mətbuatımızın 135 illik yubileyi münasibətilə bir daha təbrik edib, media təmsilçilərinin böyük qrupunun dövlət təltiflərinə layiq görülmələrindən, Mətbuat Şurasının müasir və hər cür avadanlıqla təchiz olunmuş yeni binaya köçməsindən məmnunluğunu bildirib. Bu ilin payızında İstanbulda türkdilli jurnalistlərin toplantısının keçiriləcəyi barədə məlumat verən diplomat, tədbirin türk dünyası birliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Türkiyə – Azərbaycan dostluğu mövzusunda yazan media təmsilçilərinin gələn həftə səfirlik tərəfindən mükafatlandırılacağını söyləyib. Qonağa milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, prezident İlham Əliyevin şuranın yeni binasının açılışında iştirakının və mətbuat nümayəndələrinin təltif olunmaları ilə bağlı Sərəncamlarının ölkədə KİV-lərə və jurnalistlərə göstərilən yüksək diqqət və qayğının əyani təzahürü olduğu bildirilib.
URL / WWW
http://kelam.az/article/a-1729.html