Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ETSN meşə yanğınları ilə bağlı açıqlama yayıb
29.07.10 16:59

Şabran rayonu Xəlifələr, Düzbilici, Qorğan, Sumağa, Qazma və Pirəbədil kəndləri ərazisindəki torpaq mülkiyyətçiləri tərəfindən taxılı biçilmiş sahələrdə kövşənlər yandırılıb. Küləkli hava şəraiti yanğını şiddətləndirərək onun yayılma ərazisini genişləndirib və hətta sözügedən kəndlərin yanma təhlükəsi yaradıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən veriblər. Yanğin ETSN-nin yerli qurumlarının, Şabran rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyi Şabran rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının, habelə yerli əhalinin səyləri nəticəsində söndürülüb, yanğının meşə fonduna keçməsinin qarşısı alınıb. Bundan başqa Siyəzən rayonu Calğan və Qozağacı kəndləri ərazisində də kövşənlərin yandırılması nəticəsində yanğın hadisəsi baş verib və genişlənərək 1000 ha-dan artıq bələdiyyə torpaqları ərazisini əhatə edib. Yanğın həm də Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 1,5 ha meşə fonduna keçib. ETSN-nin yerli qurumlarının, ərazidə işləyən Azərkörpü Açıq Səhmdar Cəmiyyətinin 23 saylı tikinti sahəsinin işçilərinin səyləri nəticəsində yanğın söndürülüb, meşə fondunda təbii otlar yansa da, ağaclara ziyan dəyməyib. Həmçinin, Xaçmaz rayonu Qusarçay kəndi ilə Xudat şəhəri arasında dəmiryolun mühafizə zolağı ərazisində daha bir yanğın hadisəsi baş verib. Yanğına səbəb dəmiryolun kənarında təmizləmə işləri aparan dəmiryolçuların ehtiyatsızlığı olub. Yanğın zamanı 0,7 ha ərazidəki quru ot və kollar yanıb. ETSN bir daha əhalini, əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.
URL / WWW
http://kelam.az/article/a-1726.html