Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub
30.07.10 02:59

Baş Prokurorluğun Elmi-Tədris Mərkəzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul Fəaliyyət Planının Azərbaycan üzrə dəyərləndirmə hesabatı dinlənilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Baş Prokurorluqdan veriblər. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və QHT təmsilçiləri iştirak ediblər. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə artıq 2003-cü ildən əməkdaşlıq edir. Bu müddət ərzində təşkilatın Azərbaycan hökumətinə çox dəyərli tövsiyələr verdiyini diqqətə çatdıran K.Əliyev OECD və Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun tövsiyələrinin prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq Sərəncam və Fərmanlarda öz əksini tapdığını, bu sahədə ardıcıl işlər həyata keçirildiyini vurğulayıb. OECD Katibliyinin antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran və təşkilatın eksperti Daniel Telesklaf çıxışlarında Azərbaycanda korrupsiyaya qarşı mübarizədə müsbət nəticələr əldə edildiyini vurğulayıblar. Milli Məclisin deputatı, Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Bəxtiyar Əliyev tədbirin çox böyük önəm daşıdığını, dəyərli təkliflər verildiyini söyləyib. B.Əliyev qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində Dövlət Proqramı həyata keçirilib, mütərəqqi qanunvericilik bazası yaradılıb, beynəlxalq təşkilatlar və KİV-lərlə geniş əməkdaşlıq münasibətləri qurulub.
URL / WWW
http://kelam.az/article/a-1725.html