Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
29.07.10 16:56

Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya RİTN-dən veriblər. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşdə tərəflər rabitə və informasiya texnologiyaları sektorunda birgə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin dinamik artımını qeyd edən türkiyəli nazir ölkəsinin Azərbaycanda reallaşdırılan İKT layihələrilə maraqlandığını bildirib və bu istiqamətdə əlaqələrin daha da genişlənəcəyinə əminliyini vurğulayıb. Ə.Abbasov ölkədə həyata keçirilən iri layihələr barədə qonağı məlumatlandırıb. Nazir Transmilli Avrasiya Super İnformasiya Magistralı (TASİM) barədə danışıb. TASİM-in reallaşdırılması nəticəsində region ölkələri üçün “rəqəmli geriliyi” aradan qaldırmağa, iqtisadiyyatı artırmağa, eləcə də regionu inkişaf etdirməyə imkan yaranacağını diqqətə çatdıran Ə.Abbasov bu sahədə əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağını söyləyib. Görüşdə Türkiyə nümayəndə heyətinə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, Regional İnnovasiya Zonasının yaradılması və digər irimiqyaslı layihələr barədə məlumat verilib. Türkiyə və Azərbaycan arasında İKT sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək məqsədilə işçi qrupu yaratmaq haqqında qərar qəbul edilib.
URL / WWW
http://kelam.az/article/a-1722.html