Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
29.07.10 16:56

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları “İSR-duz istehsalı” MMC-də araşdırma aparıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən veriblər. Müəyyən olunub ki, sexdə yodlaşdırılmış duz istehsalı üçün lazimi şərait olmadığı halda tədarük edilən duz emal olunaraq qablaşdırılır. Mövcud standartın tələbinə uyğun olaraq yodlaşdırılmış duz istehsalı zamanı duzun nəmliyi, suda həll olmayan qalığın kütlə payı və yodun miqdarı istehsalçı tərəfindən hər 7 saatdan bir təyin olunmalıdır. Lakin müəssisənin bu sınaqları aparmaq üçün laboratoriyası mövcud deyil və istehsal olunan duzun sınaqlarının aparılması üçün akkreditasiya olunmuş laboratoriya ilə bağlanmış müqavilə və sınaq protokolları yoxdur.Məhsul müəyyən emal prosesi keçdikdən sonra kustar üsülla gözəyarı hazırlanmış kalium-yodat (KJ) məhlulu vasitəsilə yodlaşdırılır. Bu da heç bir standartın və normativ sənədin tələblərinə uyğun deyil. Nöqsanlarla əlaqədar olaraq sexdə aşkar olunmuş hər birinin çəkisi 850 qr. olan 6860 ədəd hazır məhsulun satışının qadağan olunması barədə tələbnamə verilib, müəssisədə məhsul istehsalı dayandırılıb.
URL / WWW
http://kelam.az/article/a-1721.html