Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » 140 min ailə ünvanlı sosial yardım ala bilər
28.07.10 18:41

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 20 iyulda keçirilən kollegiyasının yekunlarına həsr olunan zona-müşavirəsi keçirildi. KƏLAMİNFO xəbər verir ki, müşavirədə çıxış edən ƏƏSMN Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov bildirdi ki, tədbirdə ünvanlı sosial yardımla bağlı məsələlər müzakirə olunacaq. Ünvanlı sosial yardımın uğurla davam etdirildiyini diqqətə çatdıran N.Qasımov bildirdi ki, son 4 ildə həyata keçirilən ünvanlı sosial yardım proqramının təhlili göstərir ki, həssas qrupdan olan insanların daha fəal sosial yönümlü proqramlara cəlb olunmasına ehtiyac var. Onun sözlərinə görə, bu məqsədlə aztəminatlı alilələrin sosial reablitasiyası ilə də məşğul olunmasına ehtiyac var. Hazırda 133 min ailənin bu yardımdan bəhrələndiyini diqqətə çatdıran N.Qasımov qeyd etdi ki, hər bir ailəyə ayda orta hesabla 113 manat vəsait ödənilir. Onun sözlərinə görə, ilin sonuna kimi 140 min ailənin bu yardımdan bəhrələnməsi gözlənilir. O, ünvanlı sosial yarıdım alanların əsasən çoxuşaqlı və əlil üzvü olan ailələrdən ibarət olduğunu xatırlatdı. Qeyd edək ki, müşavirədə Gəncə, Ağstafa, Gədəbəy Əhalinin sosial müdafiəsi mərkəzlərinin rəhbərləri ilə canlı video-bağlantı yaradıldı, rayon mərkəzlərinin rəhbərəri bu məsələlərlə bağlı ətraflı məlumat verdilər.
URL / WWW
http://kelam.az/article/a-1720.html