Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Türkiyənin dövlət naziri Zəfər Çağlayan ümummilli liderin məzarın ziyarət edib
28.07.10 18:41

Azərbaycanda səfərdə olan Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, ā€œƏbədi məşəlā€ abidəsinin önünə əklil qoyublar. Sonra dövlət naziri Şəhidlər Xiyabanında şəhid türk əsgərlərinin xatirəsini yad edib, abidə önünə əklil qoyub. Zəfər Çağlayan xatirə kitabına ürək sözlərini yazıb.
URL / WWW
http://kelam.az/article/a-1719.html