Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ünvanlı sosial yardımın verilməsində yeniliklər gözlənilir
29.07.10 01:33

Gələn ildən etibarən aztəminatlı ailələrə sosial xidmətin göstərilməsi, məşğulluğun artırılması, yardımların daha effektiv xərclənməsinə şəraitin yaradılması məqsədilə vətəndaşlarla sosial müaqavilələrin bağlanması nəzərdə tutulub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov söyləyib. O qeyd edib ki, müqavilə əsasında hökumət, həm də aztəminatlı ailələr öhdəliklər götürməldir. Onun sözlərinə görə, bu öhdəliklərdən biri şərtləşdirilmiş yardım, digəri isə özünü təminat proqramıdır. “Biz öhdəliklər üçün ailələrlə sosial müqavilələr bağlamağı planlaşdırırıq. Bu sosial müqavilələrdə ailələr və biz, birgə öhdəlik götürəcəyik, bu öhdəliklərin yerinə yetirilməsinin müntəzəm monitorinqini aparacağıq”,-deyən N.Qasımov əlavə edib ki, Dünya Bankı ilə birgə bir sıra ölkələrdə uğurla həyata keçirilən özünütəminetmə proqramı hazırlanır. Bu proqram üzərində iş getdiyini xatırladan N.Qasımov bildirib ki, bu proqram Rusiyanın 5 vilayətində də uğurla həyata keçirilib. İlkin olaraq gələn il üçün Quba və İsmayıllı rayonlarında pilot layihə həyata keçiriləcəyini vurğulayan N.Qasımovun sözlərinə görə, həmin rayonlarda ünvanlı sosial yardım alan və şərati olan ailələrə ünvanlı sosial yardımların bir illik hesablanaraq birdəfəlik verilməsi nəzərdə tutulub. O qeyd edib ki, bu plan həmin ailə üçün kiçik biznes sahəsi sayılır və ailə bundan səmələri istifadə etməlidir ki, həmin vəsait ona əlavə gəlir gətirsin. O, birdəfəlik yardımın verilməsi və ondan nə üçün istifadə olunmasının da monitorinqinin aparılacağını söyləyib.
URL / WWW
http://kelam.az/article/a-1716.html