Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » MQP sədri LİNKS-in eksperti ilə Dağlıq Qarabağ problemini müzakirə edib
29.07.10 02:30

Milli Qurtuluş Partiyasının (MQP) başqanı Vüqar Bəyturan Avropa Birliyinin “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa Əməkdaşlığı” layihəsi çərçivəsində LİNKS təşkilatının eksperti Elin Kinnanderlə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MQP-nin mətbuat xidmətindən veriblər. Görüşdə ekspert Qarabağ probleminin həlli istiqamətində ortaya çıxan suallarla bağlı MQP-nin mövqeyini öyrənib. V.Bəyturan ATƏT-in Minsk Qrupunun fəaliyyəti, bu qrupda həmsədrlik edən ölkələrin ədalətli mövqe tutmamasını kəskin pisləyib. Münaqişənin yaranmasında və saxlanılmasında Ermənistandan daha çox Rusiyanın maraqlı olduğunu qeyd edən partiya rəhbəri Avropa dövlətlərini və ABŞ-ı məsələyə ədalətli və obyektiv yanaşmağa çağırıb.
URL / WWW
http://kelam.az/article/a-1713.html