Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Cenevrədə akademik təhsil və təlim proqramı başlayır
28.07.10 18:29

Cenevrədə yerləşən İqlim dəyişikliyi üzrə Hökumətlərarası Panel inkişaf və ya zəif inkişaf etmiş ölkələrdə bakalavr, magistratura və doktorantura səviyyələrini bitirən tələbələr üçün akademik təhsil və təlim kurslarının davamlılığı, tədqiqatın yüksək səviyyədə aparılması və bacarıqların artırılması məqsədilə bir sıra sahələr üzrə təqaüd proqramını təklif edir. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, proqramda azərbaycanlılar da iştirak edə bilər.Proqram iqlim dəyişikliyi elmi üzrə, su ekosistemləri, su təchizatı, səhiyyə və kənd təsərrüfatı sahələrinə iqlim dəyişikliyinin təsiri, iqlimlə bağlı fəlakətin idarəedilməsi – instisional və təşkilati məsələlər, iqlim modeli və iqlim dəyişikliyinin təsirinin qiymətləndirilməsi, müxtəlif sahələr üzrə sosial-iqtisadi təsirin dəyərləndirilməsi, azalma və uyğunlaşma imkanları sahələrinə aiddir. Qeyd edək ki, bu təqaüdlər çərçivəsində tələbələr üçün tədris müddəti 1 (bir) il və ya 18 aya kimi nəzərdə tutulub. Təqaüd proqramına 40 yaşa kimi namizədlər müraciət edə bilər. İştirakçıların təhsil, yaşayış, beynəlxalq nəqliyyat xərcləri qəbul edən tərəfin hesabına ödəniləcək. Daha ətraflı məlumatları və ərizə formalarını İqlim dəyişikliyi üzrə Hökumətlərarası Panelinin rəsmi internet saytından www.ipcc.ch əldə etmək olar. Təqaüd proqramına müraciət üçün son tarix 30 iyul 2010-cu ilə qədərdir.
URL / WWW
http://kelam.az/article/a-1712.html