Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Magistraturada boş qalan plan yerlərinə qəbul keçirilir
29.07.10 02:28

Tələbə Qəbulu üzrə Dövlə Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün ali təhsil müəsisisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul keçirir. TQDK-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilənməlumata görə, qəbul bu il mayın 2-də və iyunun 20-də keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Ali təhsil müəssisəsinin magistraturasına qəbul olmuş bakalavrın boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün sabah saat 9.00-dan 05 avqust saat 09.00-dək TQDK-nın müvafiq internet səhifəsinə daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ərizəsi”ndə qeyd edib təstiqləməlidir. Hər bir bakalavr bu siyahıdan 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavrlara bitirdikləri bakalavr ixtisasından asılı olmayaraq imtahan verdiyi proqrama aid olan bütün ixtisaslaşmaların kodunu seçmək imkanı verilir. Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Müsabiqədə iştirak etmək üçün bakalavrın ikimərhələli imtahanda topladığı ümumi bal (balların cəmi) 75-dən, ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslaşmaları seçmək üçün isə, bunlarla yanaşı, bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır. Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 100-dən (bəzi proqramlar üzrə- 80-dən), o cümlədən ixtisas üzrə testdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavabdan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılırlar. Ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələri ilə əlaqədar müraciətlərə TQDK-da yaradılmış apelyasiya komisiyası tərəfindən iyulun 30-dək baxılacaq.
URL / WWW
http://kelam.az/article/a-1711.html