Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Elmin İnkişafı Fondu seminar keçirib
27.07.10 16:55

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilk məsləhət seminarını keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya EİF-nin mətbuat xidmətindən veriblər. Fondun icraçı direksiyasının ofisində reallaşan seminarın məqsədi müsabiqədə iştirak etmək üçün layihələr hazırlamaq, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulmasında çətinlik çəkən və müsabiqəyə dair sualları olan vətəndaşlara yardım etmək, bu prosesi asanlaşdırmaq və effektivliyini artırmaqdan ibarətdir. Fondun icraçı direktoru Elçin Babayevin iştirakı ilə keçirilən seminarda EİF-in qrantların idarə olunması üzrə baş məsləhətçisi Ədilə Babayeva müsabiqə qaydaları, ərizə və sənəd formalarının tərtibatı və 2010-cu il müsabiqəsi haqqında təqdimatla çıxış edib. Təqdimatdan sonra E.Babayev və Ə.Babayeva seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
URL / WWW
http://kelam.az/article/a-1710.html