Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Abel Məhərrəmov qaçqınların BDU-nun yataqxanasından köçürülməsi məsələsinə münasibət bildirib
30.10.09 22:19

Hazırda Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında 7 minə yaxın qaçqın məskunlaşıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı BDU-nun rektoru, akademik Abel Məhərrəmov qaçqınların yataqxanadan köçürülməsi məsələsinə münasibət bildirərkən söyləyib. A.Məhərrəmov bildirib ki, qaçqınların vəziyyətinin yaxşılaşdırılması ölkə prezidenti İlham Əliyevin diqqət mərkəzindədir və bu istiqamətdə daima müsbət irəliləyişlər olur. Dövlət tərəfindən qaçqınlar üçün yeni binaların tikildiyini söyləyən A.Məhərrəmov qeyd edib ki, növbəti mərhələlərdə yataqxanalarda məskunlaşan qaçqınlar da nəzərə alınacaq. “İndi universitetin yataqxanalarında tələbələr yaşamır. Yataqxanasız universiteti necə təsəvvür etmək olar? Yataqxana həyatı görməyən tələbə universitetin nə olduğu çox çətin anlayar. Ona görə də, hesab edirəm ki, qaçqınlara gözəl şərait yaradılmaqla onların universitetdən köçürülməsi həyata keçirilməlidir.”,-deyə A.Məhərəmov əlavə edib. Onun sözlərinə görə, tələbə yataqxanaları boşalarsa Azərbaycanda oxumaq istəyən xarici tələbələrin də sayı artar.
URL / WWW
http://kelam.az/article/a-171.html