Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Son orta əsr şəhərlərinin öyrənilməsinə həsr olunan konfrans keçiriləcək
27.07.10 18:54

Sentyabrın 14-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar və Azərbaycanın son orta əsr şəhərlərinin öyrənilməsindəki ümumi problemlərin müzakirəsinə həsr olunan konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Konfrans AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Ağsu arxeoloji ekspedisiyası və “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşacaq. Qeyd edək ki, konfransın tezisləri avqustun 25-nə qədər qəbul edilir. Tezislər istənilən formatda və şriftdə yığıla bilər. Qəbul olunan tezislər və konfransın proqramı sentyabrın 1-də elan ediləcək. Məruzələr konfransdan sonra çap ediləcək.
URL / WWW
http://kelam.az/article/a-1708.html