Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Qəbələdə II Beynəlxalq musiqi festivalı keçirilir
28.07.10 02:18

Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələ şəhərində II Beynəlxalq Musiqi Festivalına start verilib. KƏLAMİNFO xəbər verir ki, musiqi bayramı Azərbaycan bəstəkarlarının əsərləri ilə başlanıb. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında tamaşaçılara bəstəkar Oqtay Zülfüqarovun “Bayram uvertyurası”, Fikrət Əmirovun “Fortepiano və orkestr üçün konsert”i, Qara Qarayevin “İldırımlı yollarla” baletindən parçalar, “Vasif Adıgözəlovun “Fortepiano və orkestr üçün konserti” musiqi əsərləri təqdim olunub. Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə konsertin solistləri olublar. Musiqi əsərlərinə Yalçın Adıgözəlov və Azad Əliyev dirijorluq ediblər. Avqustun 5-dək davam edəcək festival çərçivəsində müxtəlif konsertlər və musiqi tədbirləri keçiriləcək. Klassik musiqi həvəskarları ABŞ, Rusiya, İngiltərə, Fransa və İtaliyadan gələn istedadlı musiqiçilərin, o cümlədən Yuri Başmet, Boris Berezovski kimi dünya şöhrətli korifeylərin, festivalın fəxri qonağı olacaq Böyük Britaniyanın Kral Filarmonik Okestrinin ifasında ölməz əsərləri dinləyə biləcəklər. Festivalda iştirak edəcək gənc musiqiçilər üçün ötən ildəki kimi ustad dərslərinin keçirilməsi də planlaşdırılır.Festivalın rəsmi açılışı iyulun 30-da olacaq.
URL / WWW
http://kelam.az/article/a-1703.html