Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hərbi Prokurorluq 286 şəxs barəsində axtarış elan edib
26.07.10 16:31

Cari ilin birinci yarısında Azərbaycanın hərbi prokurorluq orqanlarında vətəndaşların 806 müraciəti müsbət həllini tapıb, 2396 vətəndaş müxtəlif məsələlərlə bağlı Hərbi Prokurorluq əməkdaşları tərəfindən qəbul edilib. Bu barədə məlumatı altı ayın yekunlarına dair keçirdiyi kollegiya iclasında Baş prokurorun müavini, hərbi prokuror, ədliyyə general-leytenatı Xanlar Vəliyev söyləyib.
X.Vəliyev bildirib ki, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşən şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri AR Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilib, iş üzrə 286 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. Onun sözlərinə görə, hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. X.Vəliyev həmçinin qeyd edib ki, bu ilin altı ayında Baş prokurorun və respublika hərbi prokurorunun müvafiq əmrləri ilə 28 işçi vəzifədə irəli çəkilib.
X.Vəliyev bildirib ki, xidməti fəaliyyətlərində fərqlənən 79 əməkdaş həvəsləndirilib, 6 işçiyə xüsusi rütbə, 35 əməkdaşa isə hərbi rütbələr verilib. Respublika hərbi prokurorunun müvafiq əmrləri ilə 8 işçi intizam məsuluyyətinə cəlb edilib.
URL / WWW
http://kelam.az/article/a-1700.html