Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ekoloji qanunvericiliyi pozanlar cəzalandırılıb
27.07.10 02:31

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları cari ilin altı ayı ərzində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 1601 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 497 göstəriş verilib. Ümumilikdə 437 iş üzrə 2241593,17 manat məbləğində cərimə tətbiq edilib, ondan 114968 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 317 iş üzrə 633422,18 manat məbləğində iddia qaldırılıb, ondan 48824 manatın ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 1780 iş üzrə 904737,31 manat məbləğində ödəmə tətbiq edilib, ondan 346058 manatın ödənilməsi təmin olunub.Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 65 işdən 17-nə, məhkəmələrə göndərilmiş 109 işdən 21-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 249 işdən 30-na baxılaraq müvafiq tədbir görülüb.
URL / WWW
http://kelam.az/article/a-1698.html