Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Şimali İraqdan ən son ABŞ çəkiləcək
23.07.10 02:12

İraqdakı ABŞ qüvvələrinin komandanı, general Raymond Odierno bölgədə ən son İraqın şimalından çəkiləcəklərini bildirib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraqdakı ABŞ güclərinin 2011-ci ildə tamamlanacaq çəkilmə prosesi haqda Vaşinqtonda jurnalistlərə açıqlama verən Odierno İraqın şimalında ərəblərlə kürdlər arasındakı etnik gərginliyi ölkənin sabitliyinə qarşı ən böyük təhdid saydıqlarını deyib. General "ABŞ qüvvələrinin 2011-ci ilin sonuna qədər qalacağı son yerlərdən biri böyük ehtimalla Kərkük olacaq",-deyə əlavə edib. Şimali İraqdakı kürd peşmərgələrinə və İraq ordusuna təlim keçdiklərini bildirən Odierno "Hər iki güc İraq xalqının güvənəcəyi bir güc olaraq birləşməlidir",-deyə vurğulayıb. O, bölgə əhalisinin təmsilçisi olacaq belə bir gücün sabitliyin də təminatı olacağını deyib.
URL / WWW
http://kelam.az/article/a-1694.html