Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK orta ixtisas təhsil müəssisələrinə ixtisas seçimi elan etdi
23.07.10 02:11

2010/2011-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı dərc olunub. KƏLAMİNFO TQDK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır. Orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür. I qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I, II, III və ya IV qrupları üzrə ümumi balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. II qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I və ya IV qrupları üzrə ümumi balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. III qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin III qrupu üzrə ümumi balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.III qrupun xarici dil ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinin III qrupu üzrə ümumi balı 50-dən və müvafiq xarici dil fənni üzrə nisbi balı 5-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Orta ixtisas məktəblərinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını seçmək üçün abituriyentlərin nəticələri (qabiliyyət və test imtahanları üzrə) təqdim edilmiş müsabiqə şərtlərinə uyğun olmalıdır. Bu şərti ödəyən abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, müvafiq qrup daxilində digər ixtisasları da seçmək imkanı verilir. İxtisas seçimi avqustun 6-dan 10-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını (bunlar “Abituruyent” jurnalının 7-ci sayında təqdim olunacaq) göstərə bilərlər. Qeyd edək ki, ixtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət sifarişi əsasında (dövlət hesabına) və ödənişli əsaslarla olan 15-dək ixtisas kodunu seçir. Elektron ərizəsini təsdiqləməyən abituriyentər müsabiqəyə buraxılmayacaqlar. Qəbul qaydaları, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və digər zəruri məlumatlarla “Abituriyent” jurnalının 5-ci sayında tanış olmaq olar.
URL / WWW
http://kelam.az/article/a-1691.html