Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » YAP Tovuz rayon təşkilatının VII konfransı keçirilib
22.07.10 19:09

Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının VII konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, əvvəlcə konfrans nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsinin önünə əklil qoyub, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Konfransda qeyd olunub ki, rayon təşkilatı ötən dövrdə öz fəaliyyətini partiya sədrinin IV qurultaydakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətinə yönəldib və bu istiqamətdə xeyli uğurlar qazanıb. Konfransda təşkilati məsələyə baxılıb. Məzahir Bayramov YAP Tovuz rayon təşkilatının sədri seçilib. Konfransda rayon təşkilatı şurası, idarə heyəti və nəzarət- təftiş qrupunun yeni üzvləri seçilib. Konfransda YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək, qarşıda duran vəzifələrdən danışıblar.
URL / WWW
http://kelam.az/article/a-1690.html