Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » YAP Sumqayıt şəhər təşkilatı imzatoplama prosesini başa çatdırıb
31.10.09 02:19

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı imzatoplama prosesini başa çatdırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-ın mətbuat xidmətindən veriblər. Qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq işləri haqqında danışan partiyanın Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev bildirib ki, ümumilikdə 3 bələdiyyə üzrə 47 namizəd irəli sürülüb. "H.Zeynalabdin bələdiyyəsi üzrə 15, Sumqayıt bələdiyyəsi üzrə 19 və Corat bələdiyyəsi üzrə 13 nəfərin namizədliyini irəli sürmüşük. Artıq namizədlər imzaları toplayaraq dairə seçki komissiyalarına təqdim ediblər. Düşünürəm ki, xalqın YAP-a olan etimadı, inamı və sevgisi partiyamıza budəfəki seçkilərdə də möhtəşəm qələbə gətirəcək",-deyə məlumatda bildirilib.
URL / WWW
http://kelam.az/article/a-169.html