Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » H.Orucov: “Dövlət dini duruma qanunsuz müdaxilənin qarşısını alır ”
22.07.10 03:29

“Ölkədə dini durum sabit və normaldır. Dövlət öz vətəndaşlarının vicdan azadlığını tam təmin edir, dini duruma qanunsuz yollarla müdaxilə olunmasının qarşısını alır”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri yap.org.az saytına müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. H.Orucov qeyd edib ki, dövlət-din münasibətlərinin qanunvericilik bazasının möhkəmləndirilməsi, əsrlərdir mövcud olan tolerantlıq mühitinin qorunub saxlanılması, dini konfensiyalar və icmalar arasında əməkdaşlığın daha da gücləndirilməsi, dini dözümsüzlük meyillərinin baş qaldırmaması üçün lazımi tədbirlər həyata keçirilir. Komitə sədrinin sözlərinə görə, ölkəmiz tarixən sivilizasiyaların qovşağı olduğu üçün burada dünyanın böyük dinləri yayılıb, etnik-dini dözümlülük düşüncəsi formalaşıb. “Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər, ayrı-ayrı din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayıblar. Bu hissin formalaşmasında tale ümumiliyinin də böyük rolu olub. Bu unikal gerçəkliyin yaranmasında və güclənməsində ölkəmizin əsas əhalisi olan azərbaycanlıların və İslamın böyük xidmətləri var. Ölkəmiz tarix boyu qüdrətli dövlətlərin maraq dairəsinə düşdüyündən, dünyagörüşlərindəki fərqlərə baxmayaraq, burada yaşayan xalqlar arasında yaxınlaşma, ümumi birlik olub”,-deyə H.Orucov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1686.html