Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Rusiyada Baksan SES-də terrorçular partlayış törədiblər
22.07.10 03:27

Bu gün səhər saatlarında Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Baksan Su Elektrik Stansiyasında partlayış baş verib. KƏLAMİNFO Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ilk partlayış Moskva vaxtı ilə saat 05:20-də qeydə alınıb. Terrorçular əvvəlcə stansiyanın iki mühafizəçisini qətlə yetirib və maşın stansiyasını minalayıblar. İlkin məlumatlara əsasən, SES-in ərazisi silahlı şəxslər tərəfindən ələ keçirilib. Şimali Qafqaz dairəsinin güc strukturlarında hesab edirlər ki, bu, terror əməliyyatı olub. Onların fikrincə, partlayışların həyata keçirilmə sxemi ona dəlalət edir ki, bu, yaxşı planlaşdırılmış terror əməliyyatıdır. Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin mətbuat xidmətinin rəhbəri Oleq Qrekovun məlumatına görə, SES-də baş verən partlayışlardan sonra əhali və ərazi üçün heç bir təhlükə yoxdur. Rusiya mətbuatının məlumatına görə, Baksan SES-ə hücumdan qabaq şəhərin milis bölməsi atəşə tutulub.
URL / WWW
http://kelam.az/article/a-1683.html