Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » PKK-nın növbəti hücumu nəticəsində 6 türk əsgəri şəhid olub
21.07.10 15:42

Türkiyənin Hakkari bölgəsi Çukurca ərazisində PKK terrorçuları hərbi hissəyə hücum ediblər. KƏLAMİNFO xəbər verir ki, terrorçuların xain hücumu nəticəsində 6 türk əsgəri şəhid olub, 17 nəfər isə yaralanıb. İlkin məlumatlara görə, qələbəlik bir qrup İraq sərhəddində yerləşən Xantəpə Hərbi Baza bölgəsinə hücum edib. Terrorçular uzun mənzilli silahlardan istifadə ediblər. Hazırda atışmanın davam etdiyi bölgəyə çox sayda xüsysi təyinatlılar göndərilib. Bölgədə geniş miqyaslı əməliyyat başladılıb. Əməliyyata Diyarbəkirdən qalxan F-16 və Kobra vertolyotları da dəstək verir.
URL / WWW
http://kelam.az/article/a-1680.html