Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə müsabiqə elan edir
20.07.10 17:34

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Azərbaycanla Türkiyə dövlətləri arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2010/2011-ci tədris ilində Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə 14 nəfərin qəbulu üçün müsabiqə elan olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Müsabiqədə cari ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 550-dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 45 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Müdafiə Nazirliyinə təqdim olunacaq. Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 7 ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatındadırlar. 1-ci kursda onlar hərbi and içir və Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Müsabiqədə iştirak etmək istəyənlər TQDK-ya müraciət etməlidirlər.
URL / WWW
http://kelam.az/article/a-1673.html