Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrini açıqladı
21.07.10 03:33

Cari tədris ili üçün ali məktəblərə qəbulla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 17-də keçirilən IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Bu ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 15 348 abituriyent ərizəsini təsdiq edib. Onlardan 14 710 nəfəri imtahanda iştirak edib. Test imtahanının nəticəsinə əsasən 3845 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Onlardan 3 nəfəri maksimal nəticə - 700 bal toplayıb. IV ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. İxtisas seçimi iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. IV ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bundan başqa ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarına fənnlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir. IV ixtisas qrupu üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən az olmayan abituriyentlər iştirak edə bilər. İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.
URL / WWW
http://kelam.az/article/a-1671.html