Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq Zəfər Quliyev: “Cənubi Qafqazda son 50 ildə ilk dəfə əlverişli geosiyasi vəziyyət yaranıb”
21.07.10 03:32

Türkiyə-Ermənistan arasında olan dialoq nəticəsində sərhədlər açılmasa da, hazırkı proseslər göstərir ki, nəticəsiz də ötüşməyib. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Zəfər Quliyev açıqlama verib. Onun sözlərinə görə, ötən il ərzində bu iki ölkə arasında aparılan dialoqdan sonra, Ermənistan ictimaiyyəti artıq bir çox məsələlərdə düşünməyə başlayıb. “Erməni ictimaiyyəti artıq analiz etməyə başlayır ki, Rusiyadan asılılıq nə qədər sərfəlidir və bunun əvəzində artıq Ermənistan nə qazanır? Qərblə inteqrasiya üçün real imkanlardan istifadə etmək lazımdır, yoxsa yox? Artıq son bir il, bir il yarım ərzində Ermənistan ictimaiyyətində bu suallar müzakirə olunur. Bu müddət ərzində olan türk-erməni dialoqu və Qarabağla bağlı danışıqların intensivliyi bir çox siyasi dairələri də düşünməyə vadar edib. Onlar çalışır ki, yaranmış şanslardan istifadə edərək regionda balanslaşdırılmış xarici siyasət qura bilsinlər, Türkiyə-Ermənistan sərhədlərinin açılmasında və Qarabağ münaqişəsinin həllində uğurlu nəticə əldə edə bilsinlər. Artıq, Rusiya da 1999-cu ildəki kimi asanlıqla Ermənistandakı vəziyyəti dəyişməyə qadir deyil. Eyni zamanda Rusiya özü də maraqlı deyil ki, bu məsələlərin həllində Qərblə, Türkiyə və ABŞ-la konfliktə girsin. Buna hazırkı Rusiya hakimiyyətinin siyasi xəttini izlədikdə çox asanlıqla şahid olmaq olar. Qeyd olunan ölkələrlə Qafqazda konfliktə getmək Kremlə o qədər də uğurlu siyasi gələcək vəd etmir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Cənubi Qafqazda son 50 ildə ilk dəfə olaraq əlverişli geosiyasi vəziyyət yaranıb. İstər Qarabağ münaqişəsinin həllində, istərsə də regionda bütün konfliktlərin həllində, sülhün tam bərqərar olmasında münbit şərait var. Şəraitdən dərhal istifadə etmək lazımdır, vaxtı uzatmaq gec olar. Çünki risklər hər zaman var, nəzərə alsaq ki, Rusiya da Qafqazda maraqlarının nə vaxtsa bərqərar etmək üçün şərait gözləyir. Cənubi Qafqaz ölkələri hər an baş verən riski nəzərə alaraq bu şəraitdən istifadə etməlidirlər”,-deyə politoloq açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-1670.html