Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ABŞ Senatı bu həftə Azərbaycana səfir təyinatını nəzərdən keçirəcək
21.07.10 03:31

ABŞ Senatının Xarici Münasibətlər üzrə Komitəsi iyulun 22-dəki dinləmələrində senator Cin Şahinin sədrliyi ilə bir sıra ölkələrə göndəriləcək səfir namizədlərini nəzərdən keçirəcək. KƏLAMİNFO xəbər verir ki, bunların arasında Bosniya və Herseqovina, İslandiya və Yunanıstanla yanaşı, Azərbaycana təyin ediləcək namizəd də var. Xatırladaq ki, cari il mayın 26-da prezident Barak Obama Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayzanı Azərbaycana səfir kimi namizəd görüb.
URL / WWW
http://kelam.az/article/a-1669.html