Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Spiker O.Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Cenevrədə səfərdədir
19.07.10 18:44

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində səfərdədir. KƏLAMİNFO xəbər verir ki, səfər parlament spikerlərinin 3-cü Ümumdünya konfransında iştirak məqsədi daşıyır. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. BMT Baş Katibinin iştirakı ilə keçirilən tədbirdə öncə “Parlamentlər BMT ilə işlərini necə təşkil edirlər” mövzusunda məruzənin, daha sonra isə qadın spikerlərin 6-cı iclasına dair məruzənin təqdimatı olacaq. Ümumi müzakirələrdə “Böhran dünyasında parlamentlər: ümumi mənafe uğrunda qlobal demokratik məsuliyyətin təhlükəsizliyi” məsələsi ətrafında fikir mübadiləsi aparılacaq. Parlament spikerlərinin 3-cü Ümumdünya konfransında müzakirə forumlarına “2015-ci ilə geri sayım: Minilliyin İnkişaf Hədəflərinə dair kollektiv vədi saxlamaq”, “Parlament və xalq arasında inamın möhkəmləndirilməsi” mövzularında hazırlanmış məruzələr təqdim ediləcək. Konfransın bağlanışında Yekun Bəyannamə qəbul ediləcək. Səfər çərçivəsində Azərbaycan parlamenti rəhbərinin tədbirdə iştirak edən bir sıra ölkələrin spikerləri ilə görüşləri də gözlənilir. Səfər iyulun 22-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-1668.html