Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakıda beynəlxalq münasibətlər üzrə alimlərin 1-ci illik simpoziumu keçiriləcək
19.07.10 18:44

Cari ilin 22-23 oktyabr tarixlərində Bakıda beynəlxalq münasibətlər üzrə alimlərin 1-ci illik simpoziumu keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəli” İctimai Birliyindən veriblər. Simpozium Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Dillər, Qafqaz Xəzər universitetləri, Londonun Konfliktlər və Dövlət quruculuğu üzrə Məlumat Şəbəkəsi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və “İrəli” İB-nin birgə təşkilatçılığı ilə həyata keçirilir.Simpoziumun əsas məqsədi regional əməkdaşlığı və şəbəkələşməni artırmaq, Azərbaycanda və regionda yetişməkdə olan və regional siyasətə, iqtisadiyyata və beynəlxalq münasibətlər sahəsinə marağı olan alimlərin şəbəkəsini daha da inkişaf etdirməkdir. Simpoziumda 150-dən çox xarici və yerli iştirakçı təmsil olunacaq. Hər il keçirilməsi planlaşdırılan Simpozium gələcəkdə həm operativ həm akademik əməkdaşlıq üçün platforma rolunu oynayacaq. Simpoziumda iştirak edəcək alimlərin təqdim edəcəkləri məqalələr kitab şəklində çap ediləcək və dünyanın bütün aparıcı elm və beyin mərkəzlərinə göndəriləcək.
URL / WWW
http://kelam.az/article/a-1667.html